Birgə Mərkəzə göndərilən türk hərbçilərin sayı açıqlanıb

Dünya

29.12.2020 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Hulusi Akar: "Heyətimiz Azərbaycana getdi, orada hazır vəziyyətdə gözləyir"

 

Qarabağda atəşkəsin Rusiya ilə birgə monitorinqini aparacaq Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycana gəlib.

 

AYNA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

 

"Heyətimiz Azərbaycana getdi, orada hazır vəziyyətdə gözləyir. Birgə Mərkəzin inşasının tamamlanmasından və fəaliyyətə keçməsindən dərhal sonra bir general və 35 zabitimiz xidmətə başlayacaq", - deyə Akar qeyd edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş