Bill Qeytsin layihəsi ABŞ hökuməti tərəfindən dayandırılıb

Dünya

19.05.2020 - 12:48

cedabet Klinikalar SEO Xidməti

SCAN adlı layihə koronavirusa yoluxanların evdən test edilməsi üzərində fəaliyyətə başlamışdı

 

“Microsoft”un sahibi Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts tərəfindən başladılan “Evdə koronavirus testi” ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən dayandırılıb.

 

Belə ki, “Seattle Coronavirus Assesment Network” (SCAN) adlı layihə yeni növ koronavirusa yoluxanların evdən test edilməsi üzərində fəaliyyətə başlamışdı. Lakin FDA-nın  layihənin icazə sertifikatı alana qədər dayandırması, SCAN-ı sınaqları dayandırmağa məcbur edib.

 

“FDA-nın SCAN testlərinin təhlükəsizliyi və dəqiqliyi ilə bağlı hər hansı bir narahatlığı yoxdur. Ancaq bizdən əlavə icazə alana qədər testi dayandırmağımızı istəyib”, təşkilatın rəsmi saytında bildirilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş