Bill Qeyts nüvə enerjisinə milyardlarla sərmayə qoymağa qərar verib

Dünya

17.06.2024 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

“Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam”

“Microsoft”un qurucusu Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq qərarını açıqlayıb. AYNA xəbər verir ki, amerikalı sahibkar bu barədə “CBS News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət Vayominqdə nüvə elektrik stansiyası (AES) layihəsindən gedir. Layihə Qeytsin “TerraPower” şirkəti tərəfindən həyata keçirilir.

“Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam”, deyə iş adamı vurğulayıb.

Layihə reaktorun su əvəzinə natriumla soyudulmasından istifadəni nəzərdə tutur. Bu, təhlükəsizliyi artırmalı və enerji istehsalının dəyərini azaltmalıdır. Stansiyanın 2030-cu ildə istismara verilməsi gözlənilir.

Qeyts aydınlaşdırıb ki, layihə ABŞ-a mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək və digər ölkələri, məsələn, Çini yeni nüvə silahı yaratmaq imkanından məhrum edəcək.

Müəllif: Ayna.az