Bəşəriyyətin başı böyük dərddə

Dünya

13.03.2020 - 18:58

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus ölkələri ağuşuna almaqda davam edir

 

Dünyada böyük təşvişə səbəb olan koronavirus sürətlə yayılmaqda davam edir. Artıq dünyanın 113 ölkəsində bu virusa rast gəlinib və 100 mindən artıq insan yoluxub. Ölüm faktları da minlərlədir.

 

AYNA koronavirusla bağlı son məlumatları təqdim edir. Beləliklə, 13 martda dünyada baş verənlər:

 

Efiopiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb;

 

İngiltərə Premyer Liqası aprelin 4-dək dayandırılıb;

 

Belarusda ölümcül virusa yoluxanların sayı 27 nəfərə çatıb;

 

Son 24 saat içərisində İranda 85 xəstə virusdan dünyasını dəyişib. Xəstələrin ümumi sayı isə 11 min 364-ə yüksəlib. İran Baş Qərargahı bütün ölkənin karantinə alınacağını açıqlayıb;

 

ABŞ-ın yeddi ştatında məktəblər bağlanıb. Ohio, Miçiqan, Oreqon, Maryland, Kentuçki və Nyu-Mexico ştatlarında məktəblərdə iki həftəlik tətil elan edib;

 

"Everton" futbol komandası "Twitter"də klubun futbolçularından birinin kornavirusa yoluxduğunu açıqlayıb;

 

Şimali Kiprdə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb. Xəstələrin 4-nün turist, birinin isə İngiltərədən qayıdan Kipr vətəndaşı olduğu bildirilib;

 

Qazaxıstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb;

 

Həftəsonu Melburnda keçiriləcək Formula 1 Dünya Çempionatının Avstraliya Qran Prisi ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş