Qubernator şəhər və vilayət əhalisinə çağırış edib
Rusiyanın Belqorod şəhəri və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb. AYNA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında yazıb.
“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Pəncərəsiz, divarları möhkəm olan otaqlara sığınmaq lazımdır”, - deyə qubernator əhaliyə çağırış edib.
Qladkov küçədəki vətəndaşları sığınacaq və ya başqa təhlükəsiz yerə enməyə səsləyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə endirdiyi raket zərbəsi nəticəsində bir nəfər yaralanıb.