Bu ölkədə koronavirusdan vəfat edənlərin sayı 5 min nəfərə yaxınlaşır
Belçikada son 24 saat ərzində 417 nəfər koronavirusdan dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da bu ölkədə ölənlərin sayı 4857-ə yüksəlib.
Ölkədəki ölümlərin 48 faizinin qocalar evlərində baş verdiyi bilirilir. Bununla yanaşı, Lommel şəhərində çəkildiyi iddia edilən bir şəkil dünyada, xüsusən də Avropada şok effekti yaradıb.
Belə ki, şəkildə qoruyucu paltar geyən bir nəfərin koronavirusdan ölən bir xəstənin tabutunu yandırdığı əks olunub.