Belarusda aksiyalar zamanı 213 nəfər tutulub

Dünya

10.08.2020 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

Tutulanlardan 45 nəfəri müşahidəçidir

 

Belarusun “Vesna” İnsan Hüquqları Mərkəzi avqustun 9-da icazəsiz etiraz aksiyaları zamanı azı 213 nəfərin həbs olunduğunu açıqlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Xəbərdə qeyd olunur ki, paytaxt Minskdə 110 nəfər tutulub: “Onlardan 40 nəfəri müşahidəçidir. 70 nəfər isə etiraz aksiyaları zamanı saxlanılıb”.

 

Belarus bölgələrində isə 15-dən çox müşahidəçi, Qomel, Baranoviçi, Qrodno, Vitebsk, Mogilyev və digər şəhərlərdə etirazçılar və jurnalistlər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş