Koronavirus sürətlə yayılmaqda davam edir
Belarusda 301 tibb işçisinin koronavirusa yoluxması laboratoriyada təsdiqlənib.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Karanik bildirib.
Qeyd edək ki, Belarusda son sutkada COVID-19-dan 4 nəfər ölüb. Virus qurbanlarının ümumi sayı isə 23-ə çatıb.