ABŞ-ın birinci xanımının COVID-19 testi müsbət çıxıb
BŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımının COVID-19 testi müsbət çıxıb.
Cilldə xəstəliyin yüngül simptomları müşahidə edilir.
“Birinci xanım bu axşam COVID-19 üçün test etdirdi. Cavab pozitiv çıxıb. Onda koronavirusun yüngül simptomları var”, - deyə Ağ Ev administrasiyasının məlumatında qeyd edilib.