Bayden Netanyahu ilə Qəzzanı müzakirə edib

Dünya

16.02.2024 - 10:47

cedabet dərman SEO Xidməti

ABŞ Prezidenti Refah əməliyyatına qarşı çıxıb

ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub. AYNA xarici mediaya istinadən bildirir ki, siyasətçilər Rəfahdakı hərbi əməliyyatı müzakirə ediblər.

Bayden dinc əhali üçün təhlükəsizlik tədbirləri tətbiq etmədən Rafah əməliyyatına qarşı çıxıb.

Bundan əlavə, iki ölkə liderləri HƏMAS hərəkatı ilə danışıqların gedişini və qalan əsir və girovların azad edilməsi imkanlarını da müzakirə ediblər.

Siyasətçilər Qəzza zolağında humanitar vəziyyətlə bağlı məsələni də müzakirə ediblər. Onlar “çarəsiz ehtiyacı olan Fələstin mülki vətəndaşlarına təcili olaraq əsas humanitar yardımın çatdırılmasının” zəruriliyini qəbul ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş