Yeni qaydalardan yarım milyondan çox insan yararlanacaq
ABŞ Prezidenti Co Bayden ölkədə qeyri-qanuni olan və rəsmi olaraq deportasiyaya məruz qalan yüz minlərlə ABŞ vətəndaşının həyat yoldaşına amnistiya elan edib. AYNA xəbər verir ki, bu barədə Qərb mətbuatı yazır.
BBC qeyd edir ki, qeyri-qanuni miqrasiya ABŞ-da seçki kampaniyasının ən mühüm məsələlərindən birinə çevrilib və bu, Prezidentin işini xeyli çətinləşdirir.
Mayın sonunda Co Bayden ABŞ-Meksika sərhədindən miqrant axınının məhdudlaşdırılmasına yönəlmiş bir sərəncam verdi. Amerika sərhədini qanunsuz keçənlər ABŞ-a sığınacaq üçün müraciət edə bilməyəcəklər. Bu tədbir sərhəddə tıxac yarandıqda qüvvəyə minəcək. Bu vəziyyətdə immiqrasiya rəsmilərinə sığınacaq ərizəsini qəbul etmədən insanları ölkədən qovmaq hüququ verildi.
Ağ Ev ən azı 10 ildir ölkədə olan ABŞ vətəndaşlarının həyat yoldaşlarının vəziyyətini yüngülləşdirməyə qərar verib. Onlara müvəqqəti iş icazəsi veriləcək. Administrasiyanın hesablamalarına görə, yeni qaydalardan yarım milyondan çox insan yararlanacaq.