Bakıda yeni marşrut xətti açılıb

Cəmiyyət

05.10.2021 - 03:09

Həkimlər Klinikalar SEO Xidməti

BNA yeni marşrut xəttinin açılması barədə məlumat yayıb 

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 Bildirilib ki, sabahdan fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş