Dövlət Agentliyi möcüzə göstərib - <font color=red> 5 saniyədə 570 əməliyyat</font>

Cəmiyyət

24.10.2019 - 16:20

“Çıxıb hesabat versinlər, görək, evə ehtiyacı olanların haqqına sahib çıxanlar kimlərdir”

 

“Elan veriblər ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək. Amma elə qeyd olunan müraciət vaxtının ilk 5 saniyəsində 570 evin satıldığı deyilir. Bu, necə ola bilər?”

 

AYNA-ya müraciət edən gənc ailə başçısı Məmmədov Rüstəm Amil oğlu belə deyir. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) şikayətçi olan Rüstəm Məmmədovun sözlərinə görə, onun sənədləri tam qaydasında olub, üstəlik məcburi köçkün status da var, amma necə olubsa, müraciət edərkən, ona dərhal “yox” cavabı verilib.

Raminə Eyvazqızı