Gəncədə yol qəzası: 3 nəfər xəsarət alıb

Hadisə

28.08.2019 - 09:00

Yaralılar xəstəxanaya yerləşdiriliblər

 

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. 

 

Belə ki, Nicat Həsənlinin idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə Abdulla Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində “Daewoo”da olan sərnişin Samir Əliyev,  İsrafil Əhmədov və hələlik adı bəlli olmayan bir şəxs aldıqları xəsarətlər səbəbindən xəstəxanaya yerləşdiriliblər. 

 

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.  

Müəllif: Ayna.az