Bakıda 7 xətt üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Xəbərlər

24.07.2019 - 11:07

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir

 

Paytaxtın Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən, 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edir.

 

Qeyd edək ki, dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.

Müəllif: Ayna.az