Almaniyada özünü yandıran azərbaycanlıdan yeni xəbər var

Xəbərlər

10.10.2019 - 11:40

Emil Bağırov  2 dəfə əməliyyat olunub

 

Bir müddət öncə Almaniyada özünü yandrmış azərbaycanlı Bağırov Emil Əliş oğlu artıq komadan çıxıb.

 

AYNA-ya bu barədə “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. 

 

"Emil Bağırov  2 dəfə əməliyyat olunub. Ümid edək ki, müalicəsi uğurla davam edəcək", - deyə, Ə.Əliyev bildirib.

 

Xatırladaq ki, Emin Bağırov 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında aldığı xəbərdarlıq məktubu ilə sosial qurumun binasına girmişdi. Orada yaranan mübahisədən sonra üzərinə benzin tökrək özünü yandırmışdı. Ağır yanğından koma vəziyyətinə düşən E.Bağırov hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılmışdı. 

Müəllif: Ayna.az