Hərbçilərimiz 12 ölkədən olan həmkarları arasında 4-cü pilləyə layiq görülüblər
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb. Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Yarışların nəticələrinə və hakimlərin qərarına əsasən, 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüb.
“Artilleriya atəşinin ustaları” müsabiqəsinə təntənəli bağlanış mərasimi ilə yekun vurulub.