Bağlı qalmış 7 cinayətin üstü açılıb

Xəbərlər

08.04.2021 - 11:53

Ötən gün ərzində törədilmiş 14 cinayətin üstünü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 7-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 14 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Müəllif: Ayna.az