Bu gün saat 12:00-dan 15:00-a qədər elektrik enerjisinin verilməsində qisamüddətli fasilə yaranacaq
Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq. Bu barədə AYNA-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:00-dan 15:00-a qədər Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində qisa müddətli fasilə yaranacaq.
Fasiləyə səbəb 35/6 kv-luq yarımstansiyasında aparılan yenidənqurma işləridir. "Azərişıq" yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.