Yeni yaşayış massivi qazlaşdırılıb

Xəbərlər

25.11.2019 - 18:51

Massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda məhəllədaxili qaz xətləri çəkilib

 

Bu gün Qusar şəhərinin yeni yaşayış massivi adlanan ərazisində qazlaşdırma işləri başa çatdırılıb. 

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun AYNA-ya verdiyi məlumata görə, 88 fərdi evə mavi yanacağın verilişi təmin olunub. 

 

Ümumilikdə, massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.  

Müəllif: Ayna.az