Hücum nəticəsində insan tələfatının olmadığı bildirilib.
ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb. AYNA xarixi mediaya istinadən xəbər verir ki, səfirlik yerləşən əraziyə 2 raket zərbəsi endirilib.
Bu barədə BBC-nin hadisə yerindəki əməkdaşı məlumat yayıb.
Həmçinin ABŞ-ın İraqdakı aviabazasının da raket atəşinə tutulduğu bildirilir.
Qeyd olunur ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib.
ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən, azı 3 raketin atıldığı bildirilir.
İraqın təhlükəsizlik qüvvələri də xəbəri təsdiqləyib.