Azad edilmiş ərazilərdə daha 51 mina aşkarlanıb

Xəbərlər

16.06.2026 - 12:26

1668.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.06.2026 – 15.06.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə 29 piyada əleyhinə mina, 22 tank əleyhinə mina, 497 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1668.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş