Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

05.04.2021 - 17:11

Bu günədək ümumilikdə 947 min 947 nəfərə vaksin vurulub

 

Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 202 nəfər olub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, ikinci mərhələdə isə bu rəqəm 104 nəfər təşkil edib.

 

Azərbaycanda ümumilikdə 947 min 947 nəfərə vaksin vurulub.

 

Ölkə üzrə ümumilikdə birinci mərhələ peyvənd olunanların sayı 591 012 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 356 935 olub. 

Müəllif: Ayna.az