Azərbaycanda koronavirusla bağlı vəziyyət stabilləşir: karantin sərtləşdirilməyəcək

Cəmiyyət

16.11.2021 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Teymur Musayev: “Əfsuslar olsun ki, virus daim mutasiyaya uğrayır, yeni ştammlar yaranır”

“Azərbaycanda koronavirusla bağlı vəziyyət qənaətbəxşdir”. AYNA xəbər verir ki, bunu səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

T.Musayevin sözlərinə görə, vəziyyət getdikcə daha da stabilləşir: "Artıq bu ilin yanvar ayından vaksinasiya kampaniyası uğurla həyata keçirilir. Məqsəd qrupunun 60 faizdən çoxu hər iki dozanı qəbul edib. İkinci dozadan 6 ay keçmiş insanları buster dozanı almağa dəvət edirik. Orada heç bir sıxıntı yoxdur. Bununla əlaqədar deyə bilərəm ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyət stabildir. Get-gedə də vəziyyət stabilləşməyə doğru getməlidir. Təbii ki, əfsuslar olsun ki, virus daim mutasiyaya uğrayır, yeni ştammlar yaranır. Beynəlxalq əlaqələr, insanların gediş-gəlişi ilə əlaqədar da yeni ştammlar yayılır. Buna baxmayaraq vaksinasiyanın uğurla həyata keçirilməsi və əhalinin mühüm hissəsinin vaksin qəbul etməsi onu deməyə əsas verir ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir".

“Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib. Hələlik bu, nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır. Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş