Azərbaycanda bir gündə 9 nəfər COVID-19-dan vəfat edib

Aktual

09.08.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1101 nəfər COVID-19-a yoluxub, 311 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, ötən müddət ərzində isə ümumilikdə 4 123 715 test aparılıb.

Azərbaycanda son sutkada 1101 nəfər COVID-19-a yoluxub, 311 nəfər sağalıb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş