Düşmən köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

Aktual

29.09.2020 - 11:53

Vaqif Dərgahlı: “Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”

 

Azərbaycan Ordusunun ardıcıl uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir.

Müəllif: Ayna.az