Hikmət Hacıyev: “Erməni diasporu xeyriyyə adı altında hərbi qüvvələrinə vəsait toplayır”
“Azərbaycan BMT-yə üzv dövlətləri öz ərazilərində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxmağa çağırır”.
AYNA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.
H.Hacıyev erməni diasporunun qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait topladığını qeyd edib.
H.Hacıyev öz paylaşımında bu fəaliyyətlə məşğul olan təşkilatların adlarını yazıb.