“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” – <font color=red> PREZİDENT</font>

Aktual

28.10.2020 - 16:31

İlham Əliyev: “Döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”

 

Azərbaycan Prezidenti İlham Əliyev erməni terroru nəticəsində Bərdədə dünyasını dəyişən vətəndaşların ailələrinə başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə ölkə başçısı “Twitter” hesabında paylaşım edib.

 

“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az