"Ukrayna və Rusiya hərbi kəşfiyyat rəhbərləri Əbu-Dabidə fərqli bir mövzuda görüşməli idilər"
Əbu-Dabidəki Rusiya nümayəndələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə birbaşa danışıqlar aparırlar. AYNA.AZ xəbər verir ki, bu barəıdə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, dünən Rusiya nümayəndə heyəti də Amerikanın “sülh planı”nı müzakirə etmək üçün görüşüb.
Mənbə bildirib ki, "Ukrayna və Rusiya hərbi kəşfiyyat rəhbərləri Əbu-Dabidə fərqli bir mövzuda görüşməli idilər". Mənbənin sözlərinə görə, ABŞ ordusunun katibi Den Driskolun Əbu-Dabiyə səfəri "hər iki tərəf üçün sürpriz olub və onların planlarını dəyişdirib".
Driskolun mətbuat katibi Ceff Tolbert bildirib ki, ABŞ-ın Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə danışıqları "yaxşı gedir" və Vaşinqton "nikbindir ".
Mənbə dəqiqləşdirib ki, Amerika nümayəndə heyəti də Ukrayna tərəfi ilə danışıqlar aparır.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Kremlin Əbu-Dabidən gələn xəbərləri izlədiyini, lakin başqa heç bir şərh vermək istəmədiyini bildirib.