Mik Uolles: “NATO nə Avropa İttifaqı vətəndaşlarına, nə də başqalarına yaxşı heç nə təklif edə bilmir”
Avropa Parlamentinin (AP) irlandiyalı üzvü Mik Uolles NATO-nun yox olmasının Avropaya fayda verəcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə deputat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Avropa NATO-nun döyüş maşınının mövcudluğunu dayandırdıqda daha yaxşı olacaq. Alyans nə Avropa İttifaqı vətəndaşlarına, nə də başqalarına yaxşı heç nə təklif edə bilmir”, - deyə deputat qeyd edib.
Uolles həmkarlarını NATO-nu və müharibələri dəstəklədiklərinə görə də tənqid edib.
Bununla yanaşı, Uolles bildirib ki, ABŞ-ın onu dayandırmaq istəməməsi səbəbindən Ukraynadakı münaqişə hələ də davam edir. Onun sözlərinə görə, Qəzza zolağı ətrafında İsrail və Fələstin arasında gərginlik başlayandan bəri Avropa Parlamenti Strasburqda dörd plenar iclas keçirib, lakin indiyədək bu məsələ ilə bağlı heç bir qətnamə hazırlanmayıb.
Deputat həmçinin bildirib ki, Avropa İttifaqı siyasətçiləri Ukraynada münaqişənin qızışdırılmasına və səfərbərliyə məruz qalan ukraynalıların təslim olmasına görə məsuliyyət daşımalıdırlar.