Məhkəmə hər üç ölkənin qaçqınları qəbul etməməsini qanunsuz hesab edib
Avropa Məhkəməsi Polşa, Macarıstan və Çexiyanın “mühacir proqramı” çərçivəsində qaçqınları qəbul etmədikləri üçün Avropa İttifaqının (Aİ) qanunlarını pozduğunu bildirib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə hər üç ölkənin qaçqınları qəbul etməməsini qanunsuz hesab edib.
Məhkəmənin qərarına görə, Polşa və Çexiya əvvəlcə müvafiq qaydalara uyğun miqrantları qəbul etməyə razılıq versə də, nəticədə bu, öz əksini tapmayıb. Yalnız çexlər cəmi 12 nəfər qaçqını ölkələrinə qəbul edib. Polşa və Macarıstanda isə bu göstərici 0 olub.
Qeyd edək ki, 2015-ci ildə Avropaya miqrant axını yaşandığı zaman Aİ 120 min qaçqının ittifaqa üzv olan ölkələrə paylanmasına qərar verib. Lakin bəzi ölkələr qərarın həyata keçirilməsinə qarşı çıxıb.