Borell İranı edamı icra etməkdən çəkinməyə və bu cəzadan imtinaya yönəlmiş siyasət yürütməyə çağırıb
Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel İranda casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilmiş İran və Britaniya vətəndaşı olan Əlirza Əkbəri barədəki qərarı pisləyib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd edək ki, İran məhkəməsi ölkənin ikili vətəndaşlığı olan keçmiş müdafiə nazirinin müavininə qarşı ölüm hökmü çıxarıb. Bundan əvvəl dövlət xadimi Britaniya xüsusi xidmət orqanlarına casusluqda ittiham olunub.
Borrell yazılı açıqlamasında qeyd edib: "Aİ İran və Britaniya vətəndaşı olan Əlirza Əkbəri barədəki edam cəzasını ən sərt şəkildə pisləyir və istənilən şəraitdə belə bir cəzaya qarşı olduğunu bir daha bəyan edir".
Bundan əlavə, diplomat İranı edamı icra etməkdən çəkinməyə və bu cəzadan imtinaya yönəlmiş siyasət yürütməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Britaniya İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziriyə qarşı sanksiyalar tətbiq edib və Tehrandakı səfirini geri çağırıb. Bu qərar şənbə günü, yanvarın 14-də Əkbərinin korrupsiya və casusluqda günahlandırılmasına və haqqında edam hökmü çıxarılmasından sonra verilib.