“AstraZeneca” vaksininin istifadəsi dayandırılıb

Cəmiyyət

23.02.2022 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Məhv edilmiş vaksinlər içərisində “AstraZeneca” üstünlük təşkil edir

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilmiş vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilmiş vaksin dozalarının sayı 507 339-dur. AYNA xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib. O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir: "Məhv edilmiş vaksinlərin 273 848 dozası “AstraZeneca”, 50 592 dozası “Pfizer”, 182 898 dozası “Sputnik V” vaksinləridir".

Məlumata əsasən, ölkədə “AstraZeneca” vaksininin istifadəsi dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş