Güclü küləyin fəsadları barədə sosial şəbəkə istifadəçiləri danışdı

Cəmiyyət

05.08.2019 - 23:51

"Zabratda evin dam örtüyü uçub"

 

Dünən səhər saatlarından başlayaraq Bakı və Abşeron yarmadasında hava şəraiti kəskin şəkildə dəyişib. Ötən günlərə nisbətən şiddətli külək əsməyə başlayıb və havanın tempraturu bir neçə dərəcə aşağı düşüb.

 

Bu cür hava şəraiti hansı fəsadlar yatardığını öyrənmək üçün AYNA-nın əməkdaşı sosial şəbəkələrdə sorğu keçirib.

 

Sosial media istifadəçilərinə “Güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti hansı fəsadlara səbəb olub?” sualını ünvanladıq. Cavablar isə belə oldu:

 

Ruhiyyə Yolçuyeva: “Eyvanda asılı çiçəkləri külək yaman günə qoyub”.

 

Asim Gəraybəyli: “Bir dəfə xəbərdarlıq olundu ki, ehtiyyatlı olun fırtına olacaq. Amma olmadı. Əsl fırtına bu gündür. Bir sözlə dağılır Bakı. Xırdalanda dam örtükləri qopmaq üzrədir”.

 

Arzu əliyeva: “Çöldə torpaq qasırğası var. Evi toz basıb”.

 

Nara Rəşidova: “Səsdən evdə oturmaq qeyri -mümkündür. Çöldə sanki fırtına qopub”.

 

Afaq Cəbrayılova: “Bir az öncə Sumqayıtda ağac asmışdı. Yaxşı ki, maşının üstünə düşməmişdi. Digər avtomobil isə üstünə sement, dəmir yükləmişdi. Yolda küləyin təsiribdən yük aşdı. Sement cırılıbyola dağıldı”.

 

Xəyal Məmmədxanlı: “Artıq “Kasko Butik”də sığortası olan 2 avtomobilə ziyan dəyib”.

 

Həbibə Abdulla: “Eyvanımıza çıxanda elə bildim kimsə vedrə ilə qum töküb yerə. Bu vəziyyət mənim üçün ən böyük fəsaddır”.

 

Gülşən Məmmədoğlu: “AMEA-nın yeməkxanasının qapısında hündür ağac sınıb bankomatın üzərinə düşüb, xoşbəxtlikdən bankomata ziyan dəyməyib”.

 

Zöhrə Əliyeva: “ Külək ipə asdığım yaş paltarları aparıb”.

 

Zülfüqar Süleymanov: “Zabratda evin dam örtüyü uçub”.

 

Ramil Məmmədov: “Bakıxanov qəsəbəsində 2 saylı doğum evinin yaxınlığında külək bir ağacı kökündən çıxarıb”.

 

Elmir Muradov: “Bir ağacın budağı qırıldı, taksi sürücüsü biraz gec tərpənsəydi avtomobilin üstünə düşəcəkdi”.

Müəllif: Ayna.az