Mondino: "Braziliya və Çin hökumətləri ilə qarşılıqlı əlaqəni dayandıracağıq"
Argentinanın xarici işlər nazirinə namizəd Diana Mondino bildirib ki, ölkə Çin və Braziliya hökumətləri ilə qarşılıqlı əlaqəni dayandıracaq. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Argentinanın bu ölkələrlə ixrac və idxalı təşviq edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq, Mondino "Braziliya və Çin hökumətləri ilə qarşılıqlı əlaqəni dayandıracağıq" deyib.
Qeyd edək ki, hazırda Çin və Braziliya Argentinanın əsas ticarət tərəfdaşlarıdır.
Xatırladaq ki, bülletenlərin 86,59 faizinin hesablanmasının nəticələrinə əsasən, Argentinanın BRİKS-ə daxil olmasının və Rusiya ilə əməkdaşlığının əleyhdarı, ifrat sağçı siyasətçi Xavyer Miley 55,95 faiz səs toplayaraq prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Miley vəzifəyə seçildikdən sonra artıq ilk açıqlamasını verib. Yeni Prezident azad dünyanın bütün ölkələri ilə işləyəcəyinə söz verib.