Aktyor: "COVID-19-a qalib gəldim. Mən sağaldım”
İspan aktyor Antonio Banderas koronavirusdan sağalıb.
AYNA xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
“21 gün sonra karantin rejiminə intizamla riayət etdikdən sonra COVID-19-a qalib gəldim. Mən sağaldım”, - deyə Banderas yazıb.
Xatırladaq ki, Antonio Banderas avqustun 10-da 60 illik yubileyi günündə koronavirusa yoluxduğunu açıqlamışdı.