Ankarada 4.5 bal gücündə zəlzələ olub

Dünya

11.01.2021 - 00:56

Zəlzələ paytaxtın ətraf bölgələrində də güclü hiss olunub

 

Dünən yerli vaxtla saat 22.53-də Türkiyənin Ankara Vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Zəlzələ Ankaranın ətraf bölgələrində də güclü hiss olunub. Əhali yeraltı təkanı təşvişlə qarşılayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az