Sorğuda iştirak edənlərin 61 faizi isə ölkələri uğrunda döyüşməyə hazır deyillər
Almanların yalnız 17 faizi Almaniyanı müdafiə etməyə hazırdır. Sorğuda iştirak edənlərin 61 faizi isə ölkələri uğrunda döyüşməyə ehtimal ki, hazır deyillər. AYNA xəbər verir ki, bu barədə “Forsa” Sosioloji Xidmətinin keçirdiyi sorğunun nəticələrində qeyd edilib.
Bildirilib ki, heç bir şəraitdə ölkəsini silahla müdafiə etməyə hazır olmayanların payı 40 faiz təşkil edir ki, bu da 2022-ci ilin mayında keçirilmiş sorğunun nəticəsindən iki dəfə çoxdur.
Sorğu həm də partiyalar arasında fikir ayrılığı yarandığını göstərib. Xüsusilə, Almaniya üçün Alternativ (AfD) Partiyasının tərəfdarlarının təxminən 28 faizi Almaniya üçün silahla döyüşməyə hazır olduqlarını bəyan ediblər. Ən aşağı göstəricilər “Yaşıllar” Partiyasının tərəfdarları arasında müşahidə olunub.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Avropada mümkün müharibəyə hazırlıq görməyə çağırıb. Nazir xəbərdarlıq edib ki, Ukrayna və Yaxın Şərq münaqişələri Almaniya cəmiyyətində mütləq iz buraxacaq.