Almaniyanın Müdafiə naziri İraqa səfər edib

Dünya

16.01.2020 - 02:27

Həkimlər Klinikalar SEO Xidməti

Nazirin səfərinin təfərrüatları açıqlanmayıb

 

Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer İraqa gözlənilməz səfər edib.

 

AYNA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin təmsiliçisi deyib.

 

İraqa səfərindən öncə İordaniyaya gedən Kramp-Karrenbauer burada alman hərbçiləri ilə görüşüb və İordaniya hakimiyyət nümayəndələri ilə müzakirələr aparıb.

 

Təhlükəsizliklə əlaqədar nazirin səfərinin təfərrüatları açıqlanmayıb.

 

Müdafiə Nazirliyi bildirib ki, Kramp-Karrenbauer İraqda alman hərbi qüvvələrinin fəaliyyəti və İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi ilə bağlı bu ölkənin yüksək səviyyəli hərbçiləri ilə müzakirələr aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş