“Əgər simptomlar azdırsa, mən xəstəliyin yüngül keçəcəyini gözləyirəm”
Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
“Bu, məni sevindirən sürpriz deyil. Hazırkı COVID-19 testlərim iki xətt göstərir. Əgər simptomlar azdırsa, mən xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, - kansler açıqlamasında bildirib.
Şolts qeyd edib ki, o, işləməyə davam edəcək, ancaq ofisində yalnız olacaq.