Covid-19 haqqında hələ çox məqam tibbə məlum deyil
Ötən ilin dekabrında Çinin Vuhan şəhərində yaranan və dünyanı əlinə alan koronavirusla bağlı daha bir yeni məlumat yayılıb.
AYNA xarici mediaya əsasən xəbər verir ki, Çində virusla bağlı vəziyyət gərginləşəndən indiyə qədər alimləri daim araşdırmalar aparır. Bu dəfə çinli alimlər virusun mutasiyaya uğraması ilə bağlı fakt ortaya qoyublar.
Alimlərin qənaətincə, Covid-19 bədəndə əvvəllər ən çox 37 gün qala bilirdisə, indi bu zaman 49 günə uzanıb.
Alimlər Vuhanda orta yaşlı xəstənin uzunmüddətli müayinələrini nəzarətdə saxladıqdan sonra bu nəticəyə gəliblər.
Belə ki, Çonçinq Hərbi Xəstəxanası alimləri test nəticəsinə görə, virus daşıyıcısı olan insanın 49 gün ərzində heç bir simptomu olmadığını təsbit ediblər. Bu da o deməkdir ki, koronavirusun inkubasiya zamanı getdikcə uzana bilər. Mutasiyaya uğramış virus, təxminən, iki ay boyunca insanın bədənində olsa belə, onu xəstə vəziyyətinə gətirməyə də bilər.
Alimlər etiraf edirlər ki, Covid-19 haqqında hələ çox məqam tibbə məlum deyil.
Xatırladaq ki, Çində meydana gələn koronavirus indi bu ölkədən çox Avropanı və ABŞ kimi iri dövlətləri təhlükə altına salıb.