Aleksey Navalnı komadan ayılıb

Dünya

07.09.2020 - 19:53

Həkimlər Klinikalar SEO Xidməti

Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır

 

Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatına qoşublar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Charite” klinkasından bildirilib.

 

Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.

 

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş