Aktauya xüsusi həkim heyəti və tibbi avadanlıqlar göndərilib

Xəbərlər

25.12.2024 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

“Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb”

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.

AYNA xəbər verir ki, bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov brifinqdə deyib.

O qeyd edib ki, hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir.

Bildirib ki, Prezident İlham Əliyevin qərarına uyğun olaraq, hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb: “Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib. Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb. Onlara xüsusi psixoloji dəstək göstəriləcək. Hadisənin araşdırılmasının nəticələri barədə yeni məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş