Bəzi dövlətlərdə yoluxma tempi artıb
Avropa İttifaqı ölkələrində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
AYNA xarci mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.
"Biz üçüncü dalğanın tədricən, hətta əksər Aİ ölkələrində sürətlə başladığını görürük", - deyə Spinant qeyd edib. O bildirib ki, bəzi dövlətlərdə yoluxma tempi artıb və vaksinasiya prosesini sürətləndirmək lazımdır.
Qeyd edək ki, dünya üzrə 122 milyondan çox insan virusa yoluxub, 2,7 milyon nəfər isə dünyasını dəyişib.