Ağstafada məktəbli bıçaqlanıb

Hadisə

23.04.2026 - 11:55

Şagird məktəbdə dava zamanı bıçaq xəsarəti alıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş