Paytaxtın 3 rayonunda operativ əməliyyat

Hadisə

06.11.2019 - 10:55

Biri azyaşlı olmaqla, 6 nəfərin liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nəsimi, Nizami və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 7 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla, 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az