İlqar Şərifovun axtarışları başa çatıb

Hadisə

19.11.2019 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Onun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb

 

Noyabrın 18-də Xəzər dənizində, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan, 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az