Bakıda iki avtobus toqquşub, yaralılar var - <font color=red> FOTO</font>

Hadisə

04.11.2019 - 23:56

8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib 

 

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

 

Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

 

7A avtobusun sürücüsü Çingiz Salamov bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.

Müəllif: Ayna.az