Qəza səbəbindən Heydər Əliyev prospektində hər iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə olunur
Bakının Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) əsas yolda “Koroğlu” metro stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.
AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 90 PR 238 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək arakəsməyə çıxıb.
Qəza səbəbindən Heydər Əliyev prospektində hər iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə olunur.
Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin, həmçinin sığorta şirkətinin əməkdaşları gəlib.