Türkiyədə 17 yaşlı oğlan öz sevgilisini güllələyib

Hadisə

01.09.2019 - 00:38

17 yaşındakı U.K, tüfəngin təsadüfən açıldığını bildirib

 

Türkiyənin Dənizli şəhərində cinayət hadisəsi baş verib. AYNA xəbər verir ki, 15 yaşındakı Zeynəb Atagül, sevgilisinin doğum günündə sevgilisi tərəfindən tüfənglə qətlə yetirilib.

 

Cinayətdən dərhal sonra nəzarətə götürülən 17 yaşındakı U.K, tüfəngin təsadüfən açıldığını bildirib. 

 

Qətliamdan sonra hadisə yerinə səhiyyə və polis işçiləri cəlb edilib. Lakin həkimlər Atagülün elə hadisə yerindəcə həyatını itirdiyini söyləyiblər. 

 

Qeyd edək ki, artıq Türkiyə Jandarma Qüvvələri hadisənin qətl və ya təsadüfən olub olmadığı barədə araşdırmalara başlayıblar. 

Müəllif: Ayna.az